İran Prezidenti: ECO-nun potensialı region ölkələrinin inkişafına kömək edə bilər

İran Prezidenti: ECO-nun potensialı region ölkələrinin inkişafına kömək edə bilər

ECO-nun potensialı region ölkələrinin inkişafına, rifahına və çiçəklənməsinə kömək edə bilər.

Bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.

Onun sözlərinə görə, qonşuluq siyasəti İranın iqtisadi diplomatiyası üçün prioritet olaraq qalır:

“Bizim üçün ECO qonşularla əməkdaşlığın həyata keçirildiyi təşkilatıdır və bu baxımdan o, çoxtərəfli iqtisadi diplomatiyamızda ön planda dayanır. ECO-nun potensialı və imkanları region ölkələrinin və bütün regionun inkişafına, rifahına və çiçəklənməsinə kömək edə bilər”.

Mənbə: report.az