Yaxın vaxtlarda Qərbdən Ukrayna ilə bağlı kompromis gözləməyə dəyməz.
Axar.az xəbər verir ki, bunu almaniyalı politoloq Mirko Kolunciç deyib.
“Danışıqlar ilk növbədə ABŞ və Rusiya arasında aparılır və bu kontekstdə bütövlükdə Qərbdən danışmaq düzgün deyil. Eyni zamanda, Vaşinqton diqqətini Ukrayna münaqişəsinə deyil, daha geniş məsələlərə yönəldib. ABŞ və onun danışıqlar aparan tərəflərinin əsas diqqəti Rusiya-Amerika münasibətlərinə və iqtisadi siyasət sahəsində ABŞ üçün xüsusilə kəskin olan mümkün aspektlərə yönəlib. Hərbi əməliyyatların gedişinə gəlincə, məncə, bu, ABŞ-a yalnız dolayı yolla təsir edir və onları az maraqlandırır”, - politoloq bildirib.
Mənbə: axar.az