AXCP üzvü aclıq aksiyasını dayandırdı

AXCP üzvü aclıq aksiyasını dayandırdı

6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan AXCP funksioneri Elxan Əliyev aclıq aksiyasını dayandırıb.

Elxan Əliyev aprelin 24-də başlatdığı aclıq aksiyasına bu gün son verib. Penitensiar Xidmət tərəfindən saytımıza məlumat təsdiqlənib.

Qeyd edək ki, bir qədər əvvəl sosial şəbəkələrdə yaxınlarının E.Əliyevdən 4 gündür xəbər ala bilmədikləri barədə məlumat yayılmışdı.

Seymur Əli

Mənbə: unikal.az