Azərbaycan Ukraynaya humanitar yardımını davam etdirəcək

Azərbaycan Ukraynaya humanitar yardımını davam etdirəcək

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukrayna Ali Radası sədrinin birinci müavini Oleksandr Korniienko ilə görüşüb.

Bu barədə səfir sosial şəbəkə hesabında məlumat verib.

Görüşdə parlament formatında ikitərəfli əməkdaşlığın daha da intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Səfir bildirib ki, Azərbaycan bundan sonra Ukraynaya humanitar yardım etməyi planlaşdırır.

Mənbə: axar.az