Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general Yaroslav Moskalikin qətlində Ukrayna xüsusi xidmət orqanlarının əli ola bilər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskalik Ukrayna xüsusi xidmət orqanlarına Ukraynanın cənub-şərqindəki münaqişənin həlli üçün Minsk təmas qrupunda və “Normandiya” formatında işlədiyi vaxtdan tanış olub.
Qeyd edək ki Moskva vilayətinin Balaşixa şəhərində minik avtomobilinin partladılması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik ölüb.
Mənbə: axar.az