Xəbər verdiyimiz kimi, bu gün Papa Fransiskin dəfn mərasimi keçiriləcək.
Papanın vəsiyyətinə görə, o, Romanın mərkəzindəki Santa Maria Maggiore bazilikasında torpağa tapşırılacaq və bir əsrdən artıq müddətdə Vatikandan kənarda dəfn edilən ilk pontifik olacaq.
Artıq dünya liderləri dəfn mərasimində iştirak etmək üçün Romaya səfər edib.
Onlar arasında ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp, Fransa Prezidenti Emmanuel Makron, Ukraya Prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də var.
***
Dəfn mərasimində iştirak etmək üçün ABŞ-nin keçmiş prezidenti Co Bayden və həyat yoldaşı Cill Bayden də Romaya səfər ediblər.
ediblər.
***
Romaya səfər edənlər arasında Böyük Britaniyanın Baş naziri Kir Starmer, Braziliya Prezidenti Lula da Silva və Argentina Prezidenti Xavyer Miley də var.
İtaliyanın Baş naziri Ciorcia Meloni də dəfn mərasimində iştirak edir.
Qeyd edək ki, Azərbaycanı dəfn mərasimində Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.
***
İsveç Kralı Karl Qustav və həyat yoldaşı Silvia Sommerlat da Romaya səfər ediblər.
***
Romaya səfər edənlər arasında BMT-nin baş katibi Antoniu Quterreş də var.
***
Norveç taxtının vəliəhd şahzadəsi Haakon və həyat yoldaşı Mette-Marit, Argentina Prezidenti Xavyer Miley, Britaniya şahzadəsi Uilyam da Romadadır.
Mənbə: qafqazinfo.az