Slovakiya, Macarıstan və Çexiya Kiyevə 45 milyard avroluq kreditin verilməsində iştirakdan imtina etmək istəyir.
Bu barədə “The Guardian” yazıb.
Aİ liderləri ilin sonunadək mühüm büdcə danışıqlarını yekunlaşdırmağa çalışarkən, Ukraynaya uzunmüddətli maliyyə yardımı məsələsində fikir ayrılıqlarının kəskinləşəcəyi gözlənilir.
Brüsselə gələn Almaniya kansleri Fridrix Merts 2027-ci ildə Ukraynaya 45 milyard avroluq kreditin ayrılmasını bütün Aİ üzv dövlətlərinin dəstəkləməli olduğu mövqeyini bir daha təsdiqləyib.
“Avropa İttifaqı maliyyələşdirmə təmin edəndə bunu Avropa İttifaqı olaraq edir. Bu ittifaq 23 və ya 24 deyil, 27 üzv dövlətdən ibarətdir”, – Merts bildirib.
Mənbə: bizim.media