Köçəryan özünü “kartof”a bənzətdi – Məhkəmədə acınacaqlı açıqlama

Köçəryan özünü “kartof”a bənzətdi – Məhkəmədə acınacaqlı açıqlama

Ermənistanın sabiq prezidenti Robert Köçəryan 2008-ci il martın 1-də baş vermiş iğtişaşlarla bağlı cinayət işinin materialları ilə tanış olmasına imkan verilmədiyini bildirib.

Musavat.com xəbər verir ki, Köçəryan cinayət işinin materiallarının 80 cilddən 120 cildə qədər artdığını açıqlayıb.

Sabiq prezident həbsdə olduğu üçün iş materiallarına çıxışının olmadığını bildirib.

“Ya bura gəlib kartof kimi oturmalıyam, ya da özümlə kitab gətirib oxumalıyam. İşin materialları ilə tanış ola bilmirəm. Mən kinoya baxmağa yox, cinayət işini öyrənməyə hazırlaşıram”, – Köçəryan bildirib.

Növbəti məhkəmə iclası noyabrın 27-də keçiriləcək.

Mənbə: musavat.com