ABŞ Prezidenti Donald Tramp Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ABŞ müstəqilliyinin 250 illiyi şərəfinə verdiyi hədiyyəyə görə təşəkkür edib.
O, bu barədə sosial media platforması "Truth Social"da yazıb.
"Gözəl Özbəkistan pavilyonlarına görə hörmətli Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkür etmək istəyirəm", - deyə Ağ Ev rəhbəri qeyd edib.
Qeyd edək ki, Mirziyoyev amerikalı həmkarına qoz ağacından yonulmuş, "ivan" adlanan iki söhbətgah hədiyyə edib.
Mənbə: unikal.az