Prezidentlə baş nazir voleybol oynayıb buzları əritdilər - Video

Prezidentlə baş nazir voleybol oynayıb buzları əritdilər -

Ukrayna Prezidenti Volodimir Zelenski və Macarıstanın Baş naziri Peter Madyar Ukraynanın Zakarpatya vilayətinin Berehove şəhərinə səfərləri zamanı yerli lisey şagirdləri ilə birlikdə voleybol oynayıblar.

Peter Madyar oyunun görüntülərini öz sosial şəbəkə hesabında paylaşıb.

Birgə mətbuat konfransında Zelenski görüşün yoldaşlıq oyunu formatında keçdiyini bildirsə də, Madyar Ukrayna prezidentinin kifayət qədər rəqabətsevər olduğunu qeyd edib.

Qeyd edək ki, bu görüş Viktor Orban hakimiyyətindən sonra Kiyev və Budapeşt arasındakı münasibətlərdə yeni səhifənin açılması kimi qiymətləndirilir. Mətbuat konfransında Zelenski zarafatla Macarıstan tərəfindən dəvət olunacağı təqdirdə "revanş oyunu" üçün Budapeştə səfər edə biləcəyini deyib, Madyar isə öz növbəsində onu rəsmi şəkildə Macarıstana dəvət edib.

Mənbə: bizim.media