Melaniya Trampın "qızıl dünyası"na söz atdı - Canlı efirdə hamını güldürdü

Melaniya Trampın "qızıl dünyası"na söz atdı -

ABŞ-ın birinci xanımı Melaniya Tramp prezident Donald Trampın qızıl dekorasiyaya marağı ilə bağlı zarafata yumorla cavab verib.

Melaniya Tramp "Fox News" telekanalının canlı efirində Ağ Evin builki Milad bəzəklərinin daha çox qızılı rəngdə olacağı ilə bağlı ehtimala münasibət bildirib.

"Ümid edirəm ki, gəlib hər şeyi görəcəksiniz", - Melaniya deyib.

Aparıcı Brayan Kilmid prezidentin təşəbbüsü ilə Ağ Evin interyerində son vaxtlar aparılan genişmiqyaslı dəyişikliklərə eyham vuraraq, bu il dekorda daha çox qızılın olacağını zarafatla dilə gətirib. Birinci xanımın reaksiyası isə olduqca mənalı olub. “Eh, tam olaraq elə deyil”, - deyə cavab verib və studiyada gülüşə səbəb olub.

Qeyd edək ki, Donald Tramp ikinci prezidentlik müddətində Oval kabinetin interyerini xeyli dəyişdirib. Otağa çoxsaylı qızıl örtüklü elementlər, dekorativ fiqurlar, vazalar və təmtəraqlı çərçivələrdə portretlər əlavə olunub.

Tramp hətta Oval kabineti və Nazirlər Kabinetinin iclas zalını milli abidə elan edib ki, gələcək prezidentlər onların tərtibatını dəyişə bilməsinlər.

Ağ Evin yenilənmiş interyeri tənqid və istehzaya da səbəb olub. ABŞ-nin sabiq prezidenti Barak Obama isə dəyişiklikləri şərh edərkən məkanı Səddam Hüseynin restoranına bənzədib.

Müəllif: Adəm

Mənbə: publika.az