Məhkəmə Ərdoğanın keçmiş müavini ilə bağlı qərar verdi

Məhkəmə Ərdoğanın keçmiş müavini ilə bağlı qərar verdi

Noyabrın 6-da fondlarla bağlı aparılan istintaq çərçivəsində həbs edilən Türkiyənin keçmiş Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kayadan xəbər var.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, fond araşdırması çərçivəsində həbs edilən AK Partiyanın keçmiş sədr müavini Fatma Betül Sayan Kaya məhkəmə nəzarəti altında ev dustaqlığı şəklində azadlığa buraxılıb.

Kaya "Kapital Bazarları Qanununu pozmaq" və "cinayət törətmək məqsədi ilə yaradılmış təşkilatın üzvü olmaq" ittihamları ilə ittiham olunub.

Xatırladaq ki, Fatma Betül Sayan Kaya Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olub, 2015-2023-cü illər arasında Türkiyə Böyük Millət Məclisinin 26-cı və 27-ci çağırışlarında İstanbul millət vəkili vəzifəsində çalışıb.

Bundan əvvəl, 2016-2018-ci illər arasında Türkiyənin 65-ci hökumətində Ailə və Sosial Siyasətlər naziri vəzifəsini tutub. O, həmçinin 2015-2026-cı illər arasında Sosial Siyasətlər üzrə məsul partiyanın sədr müavini vəzifəsində fəaliyyət göstərib. Kaya həmin tarixdə fond iddiaları ilə bağlı istintaqa kölgə salmaması üçün partiyadakı bütün vəzifələrindən azad olunmasını istəyib.


Mənbə: unikal.az