“Rusiya və Ukrayna ümumi məqsədlərə çatmaq üçün səylərini birləşdirməlidir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin bu barədə Emir Kusturitsa ilə müsahibəsində ukraynalılara müraciət edərkən bildirib.
Putin xatırladıb ki, Ukrayna SSRİ-nin dağılmasından və müstəqillik əldə etməsindən sonra hər şeyini itirib.
“Güclü, nüfuzlu olmaq və yaxşı inkişaf üçün şəraitə malik olmaq istəyiriksə, Rusiya və Ukrayna ümumi məqsədlərə çatmaq üçün səylərini birləşdirməlidir. Niyə? Çünki Ukraynada hakimiyyəti Ukrayna patriotları deyil, millətçilər ələ keçiriblər. Məlum olduğu kimi, patriotizm millətçilikdən onunla fərqlənir ki, patriotlar öz ölkələrini sevir, millətçilər isə digər xalqlara nifrət edirlər”.
Mənbə: bizim.media