Polşa dron və raketlərin ölkədə qəzaya uğramasından sonra "Patriot" hava hücumundan müdafiə sistemlərini hazırlıq vəziyyətinə gətirib.
Bu barədə Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.
O bildirib ki, noyabrın 20-də Noviy Lipovets, Rudnik nad Sanom və Molodiç şəhərlərinə iki raket və bir dron düşüb. Nazir iddia edib ki, onlar Rusiyaya məxsusdur. O, hadisəni noyabrın 20-də keçirilən "könüllülərin koalisiyası" təlimləri ilə əlaqələndirib.
Düşən obyektlər nəticəsində heç kim xəsarət almayıb. Kritik infrastruktur əməliyyatları pozulmayıb.
Mənbə: unikal.az