Rusiya Ukrayna ilə kifayətlənməyəcək - Bu ölkələrdən də NATO-nun çıxmasını tələb etdi

Rusiya Ukrayna ilə kifayətlənməyəcək -

Yeni Avropa təhlükəsizlik qaydasının bir hissəsi olaraq, Rusiya, Baltikyanı ölkələrdən öz ərazilərində NATO hərbi bazalarının yerləşdirilməsindən imtina etmələrini tələb edir.

Bu barədə “Bild” nəşri Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda Avropa nümayəndələrinə istinadən məlumat yayıb.

"Rusiyanın planı NATO-nun Estoniya, Latviya və Litvada hərbi bazalarının yerləşdirilməsindən imtina etməyi nəzərdə tutur", - nəşr yazıb.

Rusiya tərəfi bu şərtləri təsdiqləməyib və ya şərh etməyib.

Bundan əvvəl Finlandiya prezidenti Aleksandr Stubb Rusiya və Avropanın iştirakı ilə Ukrayna ilə bağlı yeni danışıqların aparılacağını açıqlamışdı. Onun sözlərinə görə, Rusiya, ABŞ, Ukrayna və Avropa arasında texniki müzakirələr yaxın iki həftə ərzində baş tuta bilər.

Müəllif: Tural

Mənbə: publika.az