Ukrayna Prezidenti Volodimir Zelensky müharibəyə son qoymaq üçün növbəti sülh danışıqlarının BƏƏ və ya İsveçrədə keçirilə biləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “RBC-Ukraine” prezidentin İrlandiyada Trampın xüsusi elçiləri ilə görüşdən sonra jurnalistlərə verdiyi şərhlərə istinadən məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, növbəti mərhələnin yeri danışıqlar aparan qruplardan asılı olacaq.
“Əmirliklərdə və ya İsveçrədə ola bilər, bilirsiniz, bu, komandalardan asılıdır. Ona görə də biz açığıq”, - Zelenski deyib.
O, mesajının çox sadə olduğunu vurğulayıb: mümkün olduqda tez bir zamanda hərəkətə keçmək, insanları əsirlikdən qaytarmaq, atəşkəsə və növbəti addımlara doğru irəliləmək.
Müsbət əlamətlər barədə soruşulduqda, Prezident bunları deyib:
"Növbəti görüş olacaq... Allah etsin ki, müharibə bitsin... Və hələ danışmağa hazır olmadığım bir çox başqa şeylər də var".
Zelenski həmçinin Avropanın növbəti sülh danışıqları üçün masada olacağını bir daha təsdiqləyib. O, bunun Ukrayna üçün vacib və həlledici olduğunu və iki ildir ki, bunun üzərində işlədiklərini söyləyib.
Mənbə: publika.az