Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanıb

Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanıb

“Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyəcək”.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bunu Fransanın Avropa işləri üzrə naziri Benjamin Haddad bildirib.

“Rusiyanın 150 müəssisə, 50 bank və qurumların əksəriyyətinə sanksiya təbiq olunacaq. Sanksiya siyahısındakı adların əksəriyyətinin təklifini Fransa verib”, - Haddd qeyd edib.

“Biz Rusiyaya iqtisadi təzyiq göstərməyə davam edəcəyik və əlbəttə ki, Ukraynanı dəstəkləyəcəyik”, - o əlavə edib.

Mənbə: qafqazinfo.az