Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın Ukraynaya dəstəyini, faktiki olaraq, tamamilə dayandırdığını bəyan edib.
Bu barədə ClashReport məlumat yayıb.
“Avropalıları kənara qoysaq, Ukraynanın demək olar ki, heç bir dəstəyi qalmayacaq. Bəli, kanadalılar və avropalılar var. Dostlarımızı – Avstraliya və Yaponiyanı da xatırlatmaq olar. Lakin “könüllülər koalisiyası” adlanan quruma baxmaq kifayətdir”, – deyə Makron bildirib.
Fransa Prezidenti açıq danışmağa və ABŞ-ın Kiyevə dəstəyinin artıq olmadığını etiraf etməyə çağırıb.
Mənbə: bizim.media