Ermənistanda bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlu – Gevorq və Hambardzum Nersisyanlar barəsində məhkəmə hökmü çıxarılıb.
Bizim.Media xəbər verir ki, məhkəmə qərarlarına əsasən, Gevorq Nersisyan üç il şərti, Hambardzum Nersisyan isə üç ildən artıq müddətə azadlıqdan məhrum edilib.
Onların hər ikisi bələdiyyə seçkiləri prosesində təşviqat kampaniyasının keçirilməsinə mane olmaqda təqsirli bilinib.
Bizim.Media
Mənbə: bizim.media