Hörmüz boğazında neft tankeri minaya düşdü

Hörmüz boğazında neft tankeri minaya düşdü

Bu gün Hörmüz boğazının şərqində neft tankerinin dəniz minasına toxunması nəticəsində partlayış baş verib.

İraqın rəsmi xəbər agentliyinə (İNA) istinadla bildirilir ki, bunu İran ordusunun Hərbi Dəniz Qüvvələri açıqlayıb.

Bildirilib ki, qanunsuz marşrutla hərəkət edən neft tankeri Hörmüz boğazının şərqində dəniz minasına çırpıldıqdan sonra partlayışa məruz qalıb.

Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

Mənbə: bizim.media