UFC rəhbəri Deyn Uayt ABŞ prezidenti Donald Trampın mətbuat katibi olmaq təklifini növbəti dəfə qəbul etməkdən imtina edib.
– Prezident sizə mətbuat katibi vəzifəsini təklif edəndə ondan imtina etdinizmi?
-Mən prezidentə heç vaxt heç nəyi rədd etmirəm. Xeyr, imtina etmədim. Sözün əsl mənasında hamı – bütün media – mənə zəng edirdi. Amma prezident özü danışana qədər heç nəyə şərh verməklə hörmətsizlik göstərmək istəmədim.
Bundan sonra Tramp yenidən Uayta mətbuat katibi vəzifəsini təklif edib.
Tramp: “Onda icazə verin sizə əsas sualı verim. Deyn, Amerika Birləşmiş Ştatlarının mətbuat katibi olmaq istərdinizmi? Arxanızdakı lövhəyə baxın – Ağ Ev sizi daim izləyir. İstəyərdinizmi? Yoxsa sadəcə bu mənasız UFC işini davam etdirmək istəyirsiniz?”
Uayt: “Təklifiniz üçün təşəkkür edirəm, cənab Prezident. Mən bundan şərəf duyuram, amma siyasətə qoşulmaq istəmirəm”.
Tramp: “Bunu eşitdiyimə çox təəssüf edirəm”.
Xatırladaq ki, Tramp daha əvvəl Deyn Uayta Ağ Evin mətbuat katibi, Həbib və Mahaçevə isə köməkçi vəzifələrini təklif etmişdi.
Mənbə: publika.az