İran qabaqcıl S-400 zenit-raket sistemlərini əldə etmək üçün Rusiya ilə danışıqlar aparır.
“Qafqazinfo” “The Telegraph”a istinadən xəbər verir ki, bu haqda İranın yüksək rütbəli təhlükəsizlik rəsmisi Möhsün Rzayinin Ali Rəhbər Əli Xameneinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı şəxsi məktubunda qeyd olunur.
Məktubda sözügedən sistemlərin tədarükü xahiş olunur. Tehran, ABŞ və İsrailin endirdiyi dağıdıcı zərbələrdən sonra hava hücumundan müdafiə imkanlarını bərpa etməyə ümid edir.
Eyni zamanda, nəşr qeyd edir ki, Ukraynadakı hərbi ehtiyaclarını nəzərə alaraq, Moskva S-400 sistemlərini tədarük etməyə həvəsli olmaya bilər.
Mənbə: qafqazinfo.az