ABŞ seçkiləri: Bakıya YENİ səfir təyinatı tezləşəcək?

ABŞ seçkiləri: Bakıya YENİ səfir təyinatı tezləşəcək?

ABŞ Konqresinə aralıq seçkilər başa çatdı. Gözlənildiyi kimi, Demokrat Partiyasının nümayəndələri parlamentin həm aşağı (Nümayəndələr) palatasına, həm də yuxarı palatasına – Senata nəzarəti ələ aldılar.

Siyasi müşahidəçilərə görə, bu səbəbdən Konqreslə respublikaçı prezident Donald Tramp arasında əlavə gərginliklər yaşanacaq. Onlardan biri də səfir təyinatları ilə bağlı ola bilər. Yəni, Senat istəyərsə, Trampın namizədlərini rədd də edə bilər. Bəllidir ki, ABŞ-nin Azərbaycandakı səfirinin yeri iki ilə yaxındır boşdur. Ermənistan da neçə vaxtdır yeni amerikalı diplomatın yolunu gözləyir.

ABŞ Azərbaycana erməniəsilli səfir göndərir?

Bəs yeni seçkilər bu təyinatları nə dərəcədə sürətləndirəcək, yoxsa bir az da ləngidəcək?

Professor Qabil Hüseynli yada salıb ki, nəinki Azərbaycanda, regionun digər iki ölkəsində də ABŞ-nin səfir postu boşdur. Musavat.com-a yeni reallığı şərh edən mütəxəssis səfir məsələsini təkcə Azərbaycana aid etməyin tərəfdarı deyil: “Hazırda Gürcüstan və Ermənistana da səfir təyinatı yoxdur. ABŞ nədənsə üç ölkə ilə səfirsiz əməkdaşlığı davam etdirir. Bununla belə, Azərbaycan və Ermənistanla səfirsiz əlaqələr yüksək səviyyədədir. Təsadüfi deyil ki, məhz səfirsiz dövrdə Vaşinqtonda sülh mətni paraflanıb, eynilə Trampın adını daşıyan marşrutun açılması razılaşdırılıb. Ən əsası Ermənistanda böyük bir diplomatik korpus saxlanır, amma səfir yoxdur. Yəni məsələyə yalnız Azərbaycanla bağlı baxmağın əleyhinəyəm".

ABŞ-da Konqres seçkiləri: Erkən səsvermədə rekord qeydə alındı -  Globalinfo.az

Professorun gözləntisi odur ki, səfir təyinatı ilin sonuna qədər reallaşmayacaq: "Qonşu dövlətlərə də tezliklə səfir göndərilməsini gözləmirəm. Təbii ki, bu məsələdə Senatın namizədi təsdiqləməsi vacibdir. Demokratların qələbəsi isə vəziyyəti qəlizləşdirir. Ancaq buna qədər də səfir təyinatı olmadı. Trampın dominant dövründə səfir təyinatı olmayıbsa, bundan sonra bir az çətin görünür. Senat həmişə əngəl olmağa çalışır. Sadəcə, nəzərə alaq ki, Mark Libbi fəaliyyətdə idi, səhhətinə görə getməli oldu. Bu mənada bizdə səfir var idi, Gürcüstan və Ermənistanda yox idi. Deməli, demokratlar məsələsi deyil, elə olsaydı, Ermənistana səfir təyin olunardı".
Xatırladaq ki, Tramp tərəfindən ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə Aleksandr Alden namizəd göstərilib. Lakin təsdiq olunmayıb.

Mənbə: musavat.com