Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb

Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb

İraq nümayəndə heyəti Tehrana səfər edərək ABŞ tərəfindən göndərilən mesajı İran rəsmilərinə çatdırıb.

“Al Arabiya” telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, nümayəndə heyəti İranın paytaxtında ölkə rəsmiləri ilə görüşlər keçirib.

Bildirilib ki, təxminən 8 saat davam edən diplomatik missiya zamanı Vaşinqtonun mesajı İran rəhbərliyinə təqdim olunub.

Məlumata görə, səfər ABŞ Prezidenti Donald Trampın İraqın Baş naziri Əli əz-Zeydi ilə telefon danışığından və ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrakın Bağdada səfərindən sonra baş tutub.

Mesajın məzmunu və Tehran rəhbərliyinin buna reaksiyası barədə hələlik ətraflı məlumat açıqlanmayıb.

Mənbə: apa.az