UFC rəhbəri Deyn Uayt ABŞ prezidenti Donald Trampla görüşmək və Ağ Evin mətbuat katibi olmaq təklifini müzakirə etmək üçün təcili olaraq Vaşinqtona uçmağı planlaşdırdığını açıqlayıb.
“MMAJunkie” Uaytın sözlərini sitat gətirb:
“Mən hazırda Vaşinqtona uçuram. Bəli. Hazırda… Bazar ertəsi günü Donald Trampla görüşüm var və əminəm ki, bundan sonra danışacaq çox şeyimiz olacaq”.
Tramp və Uayt 2000-ci illərin əvvəllərində dostlaşıblar, çünki Donald yeni yaranan təşkilatı dəstəklədi və 2001-ci ildə ABŞ-da qarışıq döyüş sənətlərinin qadağan edilməsi və boykot edilməsi fonunda Atlantik Sitidəki otelini UFC 28 və UFC 30-a ev sahibliyi etmək üçün icarəyə verdi.
Mənbə: publika.az