Milli Məclis Zəfər Günü ilə bağlı bəyanat qəbul etdi

Milli Məclis Zəfər Günü ilə bağlı bəyanat

Milli Məclis 8 noyabr - Zəfər Günü ilə bağlı bəyanat qəbul edib.

Bizim.Media xəbər verir ki, bəyanatın mətnini deputat Hikmət Məmmədov səsləndirib.

Bəyanatda bildirilib ki, 2020-ci il sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın, ordumuzun və dövlətimizin birliyi sayəsində əldə edilmişdir.

Azərbaycan milli maraqlarını müdafiə etmək üçün lazımi siyası iradəyə, siyası, iqtisadi, hərbi və diplomatik imkanlara malik olduğunu nümayiş etdirmişdir.

Xatırladaq ki, bu il 8 Noyabr - Zəfər Gününün 6-cı il dönümüdür.

Mənbə: bizim.media