ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən çəkinməsi ilə bağlı açıqlamasında əsas söz "indi"dir.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Daha əvvəl xəbər verildiyi kimi, Tramp Rusiyaya qarşı "cəhənnəm sanksiyaları"nın bir neçə müddəasını tətbiq etməkdən imtina edib. Bunlara mallara 500 faizə qədər tariflər daxil idi. Amerika lideri məhdudiyyətlərin sərtləşdirilməsinin Ukrayna danışıqlarında arzuolunmaz nəticəyə gətirib çıxaracağını qeyd edib.
Medvedevin sözlərinə görə, Trampın sanksiyalarla bağlı sözləri bir az cəsarətli səslənsə də, əslində onları illər sonra hazırkı prezidentin varisləri tətbiq edə bilər:
"Təxminən 40 il qüvvədə qalan məşhur Cekson-Venik Qanununda olduğu kimi, nəvələrimizin də onun tətbiqi altında yaşaması olduqca mümkündür.
Bundan hansı nəticələr çıxarmaq olar? Çox sadədir. Etiraf etməliyik ki, Rusiya ilə ABŞ arasındakı münasibətlər onilliklər ərzində yenidən zədələnib. Biz sistemli düşmənlər olmuşuq, düşmənik və düşmən olacağıq”.
Müəllif: Tural
Mənbə: publika.az