Tramp Maskın təklifinə heyran qaldı: artıq 70 milyon uşaq qeydiyyata alınıb

Tramp Maskın təklifinə heyran qaldı: artıq 70 milyon uşaq qeydiyyata alınıb

ABŞ prezidenti Donald Tramp amerikalı milyarder İlon Maskın 2027-ci ildə ölkədəki hər bir uşağa “SpaceX” şirkətinin bir səhmini hədiyyə etmək vədinə görə ona təşəkkür edib.

Ağ Ev rəhbəri bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

Tramp Maskı “əfsanəvi dostumuz” adlandıraraq onun milyonlarla amerikalı uşağa rəhbərlik etdiyi şirkətin səhmlərini vermək niyyətini misilsiz səxavət kimi qiymətləndirib. Səhmlərin uşaqlara “Trump Accounts” proqramı vasitəsilə təqdim olunması nəzərdə tutulur.

Trampın sözlərinə görə, “Trump Accounts” proqramı məhz bu məqsədlə yaradılıb. O bildirib ki, təşəbbüs özəl sektorun imkanlarını birləşdirərək uşaqlara investisiya yatırmağa və onların hər birinə “Amerika arzusunun bir parçasını” verməyə xidmət edir.

ABŞ rəsmiləri oktyabrda proqram çərçivəsində əvvəlcə 60, daha sonra isə 70 milyon uşağın avtomatik qeydiyyata alındığını açıqlayıblar.

Mənbə: publika.az