İranlı deputat: Fars körfəzi ABŞ gəmiləri üçün qəbiristanlığa çevriləcək

İranlı deputat: Fars körfəzi ABŞ gəmiləri üçün qəbiristanlığa çevriləcək
ABŞ hərbi əməliyyata başlayacağı təqdirdə, Fars körfəzi və regionun digər suları “işğalçı gəmilərin qəbiristanlığına” çevriləcək. Bunu çərşənbə axşamı İran parlamentinin Şuralar Komitəsinin rəhbərliyində təmsil olunan Məhəmməd Bayat bildirib.

“İran Silahlı Qüvvələri ölkəni müdafiə etməyə tam hazırdır. ABŞ-nin istənilən hərbi avantürası qətiyyətli cavabla qarşılanacaq”, – deyə o vurğulayıb.

Bayat əlavə edib ki, ABŞ-nin hərbi fəallığı və güc nümayişi İranın iradəsini sarsıda, yaxud regionda təhlükəsizliyi təmin edə bilməz.

“Bu cür addımlar Vaşinqtona qazanc gətirmək əvəzinə, ağır iqtisadi və hərbi itkilərə səbəb olacaq”, – deyə iranlı deputat bildirib.

Mənbə: www.aznews.az