“3+3” formatında növbəti görüşü Azərbaycanda keçirmək olar”.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirakının yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.
“Mən Azərbaycan və Türkiyə tərəfindən irəli sürülmüş formatı qeyd edərdim. Bu, Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İranı əhatə edən “3+3” formatıdır. Biz bir neçə dəfə görüşmüşük və hazırda Ermənistanla Azərbaycanın bu qrupun xarici işlər nazirlərinin növbəti görüşünə kimin ev sahibliyi edəcəyi barədə razılığa gəlməsini gözləyirik. Hesab edirəm ki, görüşü əvvəl Azərbaycanda, növbətini isə İrəvanda keçirə bilərik. Bu, düzgün addım olardı”, - o deyib.
Lavrov Rusiyanın “3+3” formatını tam dəstəklədiyini qeyd edib.
Mənbə: qafqazinfo.az