Xəzər dənizi təkcə Rusiyada 20 min kvadrat kilometrdən çox azalıb - Putin

Xəzər dənizi təkcə Rusiyada 20 min kvadrat kilometrdən çox azalıb -
Son 20 ildə təkcə Rusiyada Xəzər dənizinin dayazlaşması təxminən 20 min kvadrat kilometr təşkil edib.
Bunu Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Xəzər dənizinin dayazlaşması investisiya cəlbediciliyinin azalmasına, iş yerlərinin itirilməsinə və Xəzəryanı regionlarda sakinlərin həyat keyfiyyətinin pisləşməsinə səbəb olur.

Mənbə: aktual.az