İyun ayında Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verən İzmirin meri Cemil Tugay ölkənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qoşulub.
Türkiyə mediasına istinadən xəbər verilir ki, o, dünən Türkiyə Prezidenti və hakim partiyanın sədri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ankarada keçirilən rəsmi mərasimdə partiyaya üzv olub.
CHP-dən istefa verdikdən sonra üç ay ərzində siyasi karyerasını müstəqil olaraq davam etdirən Tugay AKP-yə qoşulmasının ardınca jurnalistlərə açıqlamasında “İzmiri gözəl hadisələr gözləyir” deyə bildirib.
Sədrin keçidi ilə İzmir Böyükşəhər Bələdiyyə Sədrliyi də AKP-yə keçmiş oldu.

Mənbə: qafqazinfo.az