Ermənistanın baş naziri Nikol Paşinyan Dmitri Medvedevin Ermənistanın “yeni Ukrayna”ya çevrilməsi riski ilə bağlı xəbərdarlığına cavab verib.
Paşinyan bildirib ki, bu cür ifadələr “yaxşı janr deyil”.
Onun sözlərinə görə, Ermənistan “başqa nəyəsə” yox, getdikcə daha suveren dövlətə çevrilməlidir.
“Ermənistan Ermənistandır və Ermənistan başqa heç nəyə çevrilməyəcək. Ermənistan getdikcə daha çox Ermənistan Respublikasına, getdikcə daha çox suveren dövlətə çevriləcək”, - Paşinyan deyib.
Mənbə: bizim.media