ABŞ prezidenti Donald Tramp seçkilərlə bağlı paylaşımında Braziliyanı Hindistanla səhv salıb.
Tramp “Truth Social” hesabında Hindistanda prezident seçkilərinin ilk turunda 125 milyon insanın səs verdiyini və nəticələrin elə həmin gün açıqlandığını yazıb.
Lakin Hindistanda həmin gün prezident seçkisi keçirilməyib. Ölkənin hazırkı prezidenti Draupadi Murmu 2022-ci ildən vəzifədədir. Bundan əlavə, Hindistan prezidenti xalq tərəfindən birbaşa seçilmir. Prezident parlamentin hər iki palatasının və ştat məclislərinin üzvlərindən ibarət seçicilər kollegiyası tərəfindən müəyyənləşdirilir.
Trampın qeyd etdiyi 125 milyon seçici sayı isə Braziliyada keçirilən prezident seçkilərinin ilk turundakı səsvermənin nəticələri ilə üst-üstə düşür.
Tramp daha sonra səhv paylaşımını silərək, iki dəqiqə sonra düzəliş edilmiş versiyanı yayımlayıb.
Mənbə: publika.az