Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Türkiyənin Elektrik Enerjisinin Ötürülməsi Təşkilatının (TEİAŞ) baş direktoru Mustafa Pustunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ermənistan mediası xəbər verir ki, bu barədə Xudatyan özünün "Facebook" səhifəsində yazıb.
"Biz Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesi çərçivəsində Gümrü-Qars elektrik ötürücü xəttinin bərpası və işə salınması istiqamətində aparılan işlərə toxunduq", - paylaşımda bildirilib.
Onun sözlərinə görə, tərəflər həm ikitərəfli, həm də regional əməkdaşlıq kontekstində Ermənistan və Türkiyənin enerji sistemlərinin birləşdirilməsinin vacibliyini vurğulayıblar.
"Bu gün həmçinin Türkiyədən gələn nümayəndə heyətinin "Ermənistanın Elektroenergetika Sistemi Operatoru" QSC və "Yüksəkgərginlikli elektrik şəbəkələri" QSC-nin rəhbər heyəti ilə görüşü baş tutub", - Xudatyan əlavə edib.
///report///
Mənbə: azxeber.com