ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinin yaxın gələcəkdə fəaliyyətini dayandıracağını iddia edib və nəşrin bağlanmasını “Amerika üçün əla gün” adlandırıb.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib. O, qəzetin jurnalistlərini faktları yoxlamadan onun haqqında yalan məlumatlar yaymaqda ittiham edib.
ABŞ lideri bildirib ki, “The New York Times” yaxın gələcəkdə “çirkli qapılarını bağlamağa məcbur olacaq”. Onun sözlərinə görə, bu, ABŞ üçün “əla gün” olacaq.
Trampın bu açıqlamasına qəzetin dekabrın 14-15-də G20 sammitinin keçirilməsi planlaşdırılan Mayami yaxınlığındakı “Trump Doral” kurort kompleksinin fotosunu dərc etməsi səbəb olub. Tramp görüntünün kompleksin qəsdən xoşagəlməz formada təqdim edilməsi məqsədilə hazırlandığını iddia edib. O, həmçinin “The New York Times”a etimadın və qəzetin tirajının azaldığını bildirib.
Mənbə: publika.az