Rusiya NATO-ya gizli nota göndərib və bildirib ki, Kalininqradın blokadaya alınacağı təqdirdə Moskva arsenalındakı ən güclü vasitədən istifadə edəcək. Yəni blokadanı həyata keçirənlərə nüvə zərbəsi endirəcək.
Bunu erməni siyasi analitik Mihran Akobyan deyib.
“44 günlük müharibənin əvvəlində Ermənistan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə zərbə endirməyəcəyini rəsmi şəkildə bəyan etmişdi. Serj Sərkisyanın prezidentliyi dövründə əldə olunan “İsgəndər” ballistik raketləri Bakı-Ceyhan neft kəməri və neft infrastrukturunun digər obyektlərini vurmaq imkanına malik idi. Lakin Ermənistan ordusu bu varianta getmədi”, – M.Akobyan vurğulayıb.
Qeyd edək ki, 2020-ci il müharibəsi zamanı Ermənistanda bəzi dairələr BTC-nin vurulmasını təklif etmişdilər. Lakin ekspertlər bu planın real olmadığını bildirmiş, kəmərin yüksək səviyyədə mühafizə edildiyini vurğulamışdılar.
Bununla yanaşı, sözügedən kəmərə qarşı hər hansı təxribat Ermənistana adekvat cavab zərbələrinə və beynəlxalq təzyiqə səbəb ola bilərdi. Sözügedən səbəblərdən Ermənistan ordusu komandanlığı bu varianta əl atmadı, əvəzində keçmiş təmas xəttindən onlarla kilometr aralıda yerləşən şəhərlərimizə raket zərbələri endirdi.
Safura Bənnayeva
Mənbə: globalinfo.az