“Ukrayna ilə bağlı həqiqət ondan ibarətdir ki, müharibəyə başlayan Rusiya Federasiyası olmayıb, əksinə, müharibə Rusiyaya qarşı aparılıb”.
Rusiya Prezidenti Vladimir Putin bu barədə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.
O qeyd edib ki, ekspertlər arasında Rusiya ilə bağlı suallar yaranır – xüsusilə də “Rusiya sülhdən danışır, lakin özü müharibəyə başlayıb” fikri ilə əlaqədar.
“Mən bu barədə əvvəllər dəfələrlə danışmışam, lakin belə bir iclasda bunu bir daha deyəcəyəm: həqiqət nədən ibarətdir? Həqiqət budur ki, müharibəni biz istəməmişik və ya başlamamışıq; əksinə, müharibə bizə qarşı aparılıb”, – deyə Putin qeyd edib.
Mənbə: qafqazinfo.az