Putin nəvələrinin gələcək peşəsini - Açıqladı

Putin nəvələrinin gələcək peşəsini - Açıqladı

Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb.

Putin bu haqda “Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib.

“Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!” – deyə Rusiya lideri bildirib.

Ötən il dövlət başçısı nəvəsinin çin dilində sərbəst danışdığını qeyd etmişdi. “Nəvəmin Pekindən olan müəllimi var; o, çin dilində sərbəst danışır”, – deyə o bildirmişdi.

Mənbə: qafqazinfo.az