Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu –

Sentyabrın 30-da Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bu mərhələdə Xocalı şəhərinə 17 ailə - 78 nəfər, Xocalının Xanyurdu kəndinə 1 ailə - 5 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə isə 1 ailə - 4 nəfər qayıdıb.

Beləliklə, ümumilikdə 19 ailə olmaqla 87 nəfərin Xocalı və Ağdərə rayonlarına köçü təmin edilib. Köçürülən sakinlərə yeni yaşayış mənzillərinin açarları təqdim olunub.

Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı mərhələli şəkildə həyata keçirilir.







Bizim.Media

Mənbə: bizim.media