"Tıxacları çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir" - Deputat

"Tıxacları çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir" - Deputat

“İclasa ilk dəfə gecikdiyim üçün üzr istəyirəm, amma şəhərdəki tıxacları hələ də çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir”.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Arzuxan Əlizadə deyib.

"Tıxaclar dözülməz həddə çatıb. Bu məsələni diqqətə almaq lazımdır. Gecikmələr xüsusilə iş yerlərində işçi ilə rəhbərlik arasında problemlərə səbəb olur”, - deyə deputat bildirib.

Anar Kəlbiyev


Mənbə: unikal.az