Mertsin partiyası tarixdə ilk dəfə regional parlamentə düşə bilməyib

Mertsin partiyası tarixdə ilk dəfə regional parlamentə düşə bilməyib

Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı (XDI) 5 faizlik səddi keçə bilməyərək Meklenburq-Pomeraniya əyalət parlamentindən kənarda qalıb. Bu, XDI-ın Almaniya tarixində əyalət seçkilərində əldə etdiyi ən pis nəticədir. Partiya nəticəni "fəlakət" adlandırsa da, Merts istefa verməkdən imtina edib.

Seçki komissiyasının ilkin məlumatlarına görə, ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası 38,2% səslə Meklenburq-Pomeraniyada qalib gələrək 35,5% səs toplamış SPD-ni geridə qoyub. Əyalət parlamentinə, həmçinin Sol Partiya (6,5%) və Yaşıllar (5,7%) daxil olub.

Xatırladaq ki, bundan əvvəl AfD 2026-cı il sentyabrın 6-da Saksoniya-Anhaltda, 2024-cü ilin sentyabrında isə Türingiyada regional parlamentdə əksəriyyət qazanmışdı.

Beləliklə, Meklenburq-Pomeraniya ifrat sağçı partiyanın landtaqda (regional parlamentdə) əksəriyyət əldə etdiyi üçüncü bölgə olub.

Mənbə: bizim.media