Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə qısamənzilli ballistik raket buraxıb.
Bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Bildirilib ki, raketlər Vonsan ərazisindən saat 05:20-də (Bakı vaxtı ilə 00:20) atılıb.
Onlar təxminən 250 kilometr məsafə qət etdikdən sonra dənizə düşüb.
Cənubi Koreya hərbçiləri amerikalı tərəfdaşları ilə birlikdə buraxılan raketlərin dəqiq texniki göstəricilərini təhlil edirlər.
Mənbə: qafqazinfo.az