Prezidentin sədr təyin etdiyi Fərid Şəfiyev kimdir?

Prezidentin sədr təyin etdiyi Fərid Şəfiyev kimdir?

Prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinə sədr təyin edilməsi haqda sərəncam imzalayıb. Sərəncamla Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilib:

“Yeni Sabah”a istinadla yeni vəzifəyə təyin olunan Fərid Şəfiyevlə bağlı maraqlı nüansları təqdim edirik:

Fərid Şəfiyev 1969-cu ildə Bakı şəhərində anadan olub. Fərid Şəfiyev Azərbaycanda sambo və cüdonun banilərindən sayılan idman xadimi, mühəndis Rauf Şəfiyevin oğludur. O, 1989-1994-cü illərdə Bakı Dövlət Universitetində Tarix fakültəsində bakalavr təhsili, 2000-2005-ci illərdə isə hüquq təhsili alıb. Dominos pizza
2002-2003-cü illərdə Harvardda Dövlət İdarəçiliyi üzrə təhsil alıb. 2009-2015-ci illərdə Carleton Universitetində doktorantura oxuyub. 1995-cil in may ayından 1996-cı ilin martına qədər Azərbaycan Milli Elmlər Akademiyasında, 2004-cü ilin sentyabrından 2005-ci ilin yanvarına kimi Qərb Universitetində işləyib.
2009-cu ilin mayından 2014-cü ilin iyul ayına qədər Azərbaycanın Kanadadakı səfirliyində çalışb. Diplomat kimi fəaliyyət göstərib.
2014-cü ilin iyulundan bu vaxta qədər Azərbaycanın Çexiyadakı səfiri vəzifəsini yerinə yetirib. O, Azərbaycan, çex, ingilis, fransız, rus və türk dillərini bilir.

Mənbə: www.bakupost.az