Belarus Prezidenti Aleksandr Lukaşenkonun kiçik oğlu orduya qoşulub.
Bunu Lukaşenko özü açıqlayıb.
Belarus prezidentinin sözlərinə görə, 22 yaşlı Nikolay şəxsən müdafiə naziri Viktor Xrenin tərəfindən işə götürülüb.
Hazırda leytenant rütbəsindədir və "ən çətin bölmədə" xidmət edir. Lukaşenko oğlunun dəqiq xidmət yerini açıqlamaqdan imtina edib.
Mənbə: unikal.az