Finlandiya Rusiya ilə araya sədd çəkdi - NATO ölkələri sərhədləri “qala”ya çevirir

Finlandiya Rusiya ilə araya sədd çəkdi -

Finlandiya Rusiya ilə sərhədin ayrı-ayrı hissələrində ümumi uzunluğu 200 kilometr olan hasarın tikintisini başa çatdırıb.

Bu barədə "Yle" nəşri məlumat yayıb.

2023-cü ildə başlayan layihəyə 356 milyon avro xərclənib. Hasar metal konstruksiyadan ibarətdir və müşahidə kameraları, işıqlandırma və səsgücləndiricilərlə təchiz olunub. Məqsəd sərhədin qanunsuz keçilməsinin qarşısını almaqdır.

Bu istiqamətdə digər NATO ölkələri də sərhədlərini gücləndirir. Estoniya Rusiya sərhədində planlaşdırılan 135 kilometrlik səddin 110 kilometrini artıq tikib. Latviya isə Rusiya sərhədində 280 kilometrlik hasar inşa edib.

Polşa Belarus və Kalininqrad vilayəti istiqamətində təxminən 700 kilometrlik “Şərq qalxanı” layihəsini həyata keçirir. Norveç də Rusiya ilə 198 kilometrlik sərhədini hasarlar, kameralar, sensorlar və dronlarla gücləndirməyi planlaşdırır.

Müəllif: Adəm

Mənbə: publika.az