İsrail Britaniyanın Qüdsdəki konsulluğunu BAĞLAYIR

İsrail Britaniyanın Qüdsdəki konsulluğunu

İsrail Böyük Britaniyanın İordan çayının Qərb sahilindəki İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalar tətbiq etmək qərarından sonra Londona qarşı bir sıra cavab tədbirləri elan edib.

Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib.

Onun sözlərinə görə, Baş nazir Benyamin Netanyahu və xarici işlər naziri Britaniyanın Qüdsdəki konsulluğunun bağlanması, Britaniya nümayəndələrinin ABŞ-nin dəstəyi ilə Kiryat-Qatda yaradılmış Qəzzaya Beynəlxalq Dəstək Mərkəzindən çıxarılması, həmçinin Ramallahda Fələstin Administrasiyasının təhlükəsizlik qüvvələrinin əməkdaşlarının hazırlanması ilə məşğul olan Britaniya dəstək qrupunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul ediblər.


Bundan əlavə, İsrail 12 britaniyalı seçilmiş siyasətçinin və Saarın “antisemit və anti-İsrail fəaliyyəti” ilə məşğul olmaqda ittiham etdiyi şəxslərin ölkəyə girişini qadağan edəcək.

Mənbə: bizim.media