General Estoniyanın yeni müdafiə naziri olacaq

General Estoniyanın yeni müdafiə naziri olacaq

Estoniya Silahlı Qüvvələrinin keçmiş komandanı general Martin Herem yeni müdafiə naziri olacaq.

Bu barədə Estoniya kanalları məlumat yayıb.

"Baş nazir Kristen Mixal Estoniya Müdafiə Qüvvələrinin keçmiş komandanı Martin Heremin yeni müdafiə naziri olmasını təklif edib. Herem təklifi qəbul etdiyini açıqlayıb", - deyə məlumatda bildirilir.

Martin Herem 5 dekabr 2018-ci ildən 30 iyun 2024-cü ilə qədər Estoniya Müdafiə Qüvvələrinə komandanlıq edib.


Mənbə: unikal.az