“Ay bizimdir” şərhinə BMT-dən cavab

“Ay bizimdir” şərhinə BMT-dən cavab

BMT kosmosun tədqiqinin sülh məqsədli olması lazım gəldiyini bəyan edir.

TASS-a istinadən xəbər verilir ki, bu mövqeni BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Belə ki, Düjarrikdən ABŞ Prezidenti Donald Trampın Ayın ABŞ-yə məxsus olması barədə bəyanatını şərh etməsi istənilib.

O, “Biz kosmosun sülh yolu ilə tədqiqinə inanırıq”, – deyə cavab verib.

Qeyd edək ki, sentyabrın 6-da ABŞ Prezidenti Yerin peykinin fotosunu paylaşaraq ona “Ay bizimdir” şərhini əlavə edib.

Mənbə: qafqazinfo.az