TASS-a istinadən xəbər verilir ki, bu faktı Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCNA) dərc etdiyi fotoşəkillər sübut edir.
Kim Çen In qızı ilə birgə hərbi gəmi heyətinin üzvləri ilə xatirə fotosu çəkdirib. Sentyabrın 6-da baş tutan mərasimdə dövlət başçısını həyat yoldaşı Li Sol Çju da müşayiət edib. KXDR liderinin Vonsan şəhərinin limanına ehtimal ki, "Aurus" markalı avtomobildə gəldiyi bildirilir.
Qeyd edək ki, 2025-ci ilin mayında suya buraxılma cəhdi zamanı "Kan Qon" esminesi aşmışdı. Lakin gəmi bərpa olunaraq həmin ilin iyun ayında suya buraxılma prosesi yekunlaşıb. Esmines Koreya yarımadasında yapon müstəmləkəçiliyinə qarşı mübarizə aparmış milli-inqilab hərəkatının qəhrəmanının şərəfinə adlandırılıb. "Kan Qon" "Çhve Hön" sinfinə aid olan ikinci hərbi gəmidir.
Mənbə: oxu.az